Virus yayan naməlum mesajlar: Ehtiyatlı olun - VİDEO

15:20 06-04-2020 416

“Bu günə özəl “#evdəqal” kampaniyası olaraq, bütün operatorlar üçün pulsuz 6 GB hədiyyə internet paylamaq qərara alındı. İndi sən də al. Bunun üçün müvafiq linkə daxil ol”. 

Bu, karantin günlərində çoxalan saxta kampaniyalardan birinin şirnikləşdirici mətnidir. Son vaxtlar insanlar evdə qalır və internetdən daha çox istifadə edirlər. Hakerlər də bu fürsətdən yararlanaraq, saxta məlumatlarla insanları aldatmağa çalışırlar.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Ekspertlərin sözlərinə görə, bu zaman müxtəlif məqsədlər güdülə bilər. Məsələn, sayta daxil olanların sayını artırmaq üçün bu cür “fəndlər”dən istifadə olunur. Digər tərəfdən, belə saxta məlumatların müəllifləri insanları kütləvi şəkildə aldada bilərlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat Katibi Günel Gözəlova sözügedən məsələ ilə bağlı hələ ki, hər hansı şikayət olmadığını bildirib. Qurum rəsmisi, eyni zamanda, vətəndaşları pandemiya ilə əlaqədar saxta kampaniya və digər mənbəyi dəqiqləşdirilməyən keçidlərdən istifadə edərkən diqqətli olmağa çağırır.