Çernobılda daha bir dəhşət: Radiasiya yenidən 16 dəfə yüksəldi - VİDEO

17:40 06-04-2020 339

Ukraynada Çernobıl şəhəri yaxınlığında başlayan meşə yanğınları bölgədə radiasiyanın səviyyəsinin 16 dəfə artmasına gətirib çıxarıb.

“HaberGlobal”ın məlumatına görə, iki gün öncə başlayan yanğını söndürmək üçün hadisə yerinə “AN-32P” təyyarəsi və “Mi-8” helikoprteri ilə yanaşı, 80 yanğınsöndürən maşın və 140 nəfərdən ibarət heyət cəlb olunub.

Yanğın davam etdiyi üçün radiasiya səviyyəsinin daha da artacağı bildirilir. Ukrayna və qonşu ölkələrdə radiasiyanın yayılma riski barədə xəbərdarlıqlar edilib.