ABŞ-da beş azərbaycanlı koronavirusa yoluxub - VİDEO

01:20 07-04-2020 433

Amerika Birləşmiş Ştatlarında (ABŞ) beş azərbaycanlı koronavirusa yoluxub.

İctimai Televiziyanın efirinə qoşulan İHA-nın müxbiri bildirib ki, faktı Azərbaycanın ABŞ-dakı səfirliyindən bildiriblər.

Həmçinin koronavirusa yoluxan azərbaycanlılardan ikisinin müalicə olunaraq evə buraxıldığı, üçünün isə hələ də xəstəxanada olduğu deyilir. 

Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların sayına görə hazırda liderdir.