ABŞ-da koronavirusa qarşı vaksini heyvanlar üzərində sınaqdan keçirirlər

02:40 07-04-2020 457

ABŞ-ın Müdafiə Nazirliyi koronavirusa qarşı vaksinin sınaqlarına başlayıb.

“Lenta.ru” xəbər verir ki, bunu ABŞ-ın Qərargah Rəislərinin Birləşmiş Komitəsinin baş həkimi, briqada generalı Pol Fridrix bildibirib.

P.Fridrixsin sözlərinə görə, bu vaksinin qısa zamanda hazır olacağı anlamına gəlmir.

“Proses aylar ərzində davam edəcək. Eyni zamanda bir neçə vaksin variant sınaqdan keçirilir. Sinaqlar hal-hazrıda təhlükəsiz şəkildə heyvanlar üzərində keçirilir. Vaksinin təhlükəsizliyi təsdiq edilsə, sınaqlar kiçik qrup insanlar arasında keçiriləcək”, - deyə general əlavə edib.