Panamada məhbuslar koronavirusa görə üsyan qaldırdı

04:00 07-04-2020 343

Panamanın Kolon bölgəsində yerləşən “Nueva-Esperansa” həbsxanasının məhbusları orada iki koronavirusa yoluxma halıq qeydə alınandan sonra üsyan qaldırıb.

“Prensa” qəzaeti xəbər verir ki, məhbuslar çarpayıları yandırıb və pəncərələri sındırmağa cəhd ediblər.

Onlar hökümətdən həbs müddətinin çox hissəsini həbsxanada keçirən məhbusların azadlığa buraxılmasını tələb ediblər.

Polis vəziyyəti nəzarət altına alıb, xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Panamda 1988 nəfər koronavirusa yoluxub, 54 nəfər isə vəfa edib.

Ölkədə aprelinin birindən karantin elan edilib.