Şəmkirdə kişi həyat yoldaşını, oğlunu, gəlinini və nəvəsini yandırıb

07:20 07-04-2020 592

Şəmkirdə kişi  ailə münaqişəsi zəminində həyat yoldaşını, oğlunu, gəlinini və azyaşlı nəvəsini yandırıb.

APA xəbər verir ki, Vəli Vəliyev hadisədən bir neçə saat əvvəl ailəsi ilə mübahisə edib və onlara bildirib ki, evi tərk etsinlər, əks təqdirdə evi yandıracağı ilə hədələyib.

Daha sonra o, benzin tökərək altıotaqlı evi əşyaları ilə birlikdə yandırıb. Bu zaman ailə üzvləri də xəsarət alıb. Yaxınlarının sözlərinə görə, ailədə uzun müddət söz-söhbət olub.

Ailənin 3 yaşlı övladı Vəliyev Ömər Əkbər oğlu ev yanan zaman xisal edilib. İnsident zamanı ağır yanıq xəsarətləri alan 32 yaşlı Vəliyev Əkbər Vəli oğlu, 32 yaşlı Hüseynova Nərgiz Zahid qızı və 4 yaşlı Vəliyeva Banu Əkbər qızının vəziyyəti ağır olduğundan TTYX birqadası ilə Bakı şəhərində gətirilib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.