İşsizlərin nəzərinə: Bölgələr üzrə müraciət günləri açıqlandı

18:00 07-04-2020 437

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafikini açıqlayıb.

Nazirlikdən verilən məlumatda bildirilir ki, işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin qrafikdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. http://sosial.gov.az/post/3320

12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq. 

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyata alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini  http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.

İşsiz şəxslərin qeydiyyata alınmaları üçün elektron qaydada müraciət günləri açıqlanıb