“Miss İngiltərə” koronavirus səbəbindən model karyerasını dayandıraraq həkim fəaliyyətinə qayıtdı – FOTO

08:00 09-04-2020 462

Ötən ilin avqust ayında ölkəsinin ən gözəl qadını adına layiq görülmüş hazırki “Miss İngiltərə” Bhaşa Mukherci model karyerasını təxirə salaraq koronavirusla mübarizə aparmaq üçün əsas peşəsinə qayıdıb.

“The Sun” xəbər verir ki, 24 yaşlı Bhaşa İngiltərənin ən gözəl qadını tituluna sahibləndikdən sonra həkim peşəsini ataraq xeyriyyə məqsədi ilə dünyanı səyahət etməyə hazırlaşırdı.

Lakin pandemiya ilə bağlı vəziyyət mürəkkəbləşməyə başlayanda Mukherci Hindistan səfərini təxirə salaraq təcili şəkildə Böyük Britaniyaya qayıdıb.