Evdə qal və muzeylərə səyahət et - VİDEO

14:00 09-04-2020 646

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşların evdə qalarkən vaxtlarının daha səmərəli təşkili məqsədilə başladıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti videoçarxını yayımlayıblar.

“Evdə qal və evdə öyrən” çağırışı ilə Bakı şəhərində yerləşən muzey və sərgi komplekslərinə virtual səyahət formatında olan bu layihə vətəndaşların evdə qalarkən vaxtlarını daha maraqlı keçirməsini, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olması məqsədini güdür.

Budəfəki səyahətin ünvanı Azərbaycan Milli İncəsənət Muzeyidir.

Virtual tur zamanı izləyicilərə ölkəmizin nadir maddi mədəniyyət nümunələri, tariximizin ən müxtəlif dövrlərinə aid qiymətli əşyalar və sənət nümunələri nümayiş etdirilir.

Azərbaycan Milli İncəsənət Muzeyinə virtual səyahətin ilk hissəsini aşağıdakı keçidlər vasitəsilə izləmək olar: