Bakıda motosiklet qəzaya uğrayıb, xəsarət alanlar var

03:00 10-04-2020 403

Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ağa Nemətulla küçəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Əhmədzadə Lamiyyə Əsgər qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsində keçərkən onu motosiklet vurub.

Hadisə nəticəsində motosikletin sürücüsü və piyada xəsarətlər alıb. Piyada L.Əhmədzadə sağ baldırın sınığı diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.