Moskvada gün ərzində koronavirusdan 12 nəfər vəfat edib

04:00 10-04-2020 382

Ötən gün ərzində Rusiyanın paytaxtı Moskva şəhərində 12 nəfər vəfat edib.

“Gazeta.ru” xəbər verir ki, onlardan üçü 45 yaşdan gənc olub.

Ölənlərdə koronavirusla birgə pnevmoniya təsbit edilib.

Qeyd edək ki, Moskvada 6698 nəfər koronavirusa yoluxub, 313 nəfər xəstəlikdən sağalıb, 38 nəfər isə vəfat edib.