Tailandda qadın bir ay ərzində iki dəfə koronavirusa yoluxdu

05:00 10-04-2020 317

Tailandda 38 yaşlı qadın bir ay ərzində ikinci dəfə koronavirusa yoluxub.

“Thai Rat” qəzeti xəbər verir ki, xaricdən qayıdandan sonra Tailand sakinində martın 12 koronavirus qeydə alınıb.

Xəstəxanaya yatırılan qadın iki həftədən sonra sağalaraq evə buraxılıb, lakin aprelin dördündə o, yenə həkimlərə müraciət etməli olub və onda növbəti dəfə koronavirus infeksiyası təsbit edilib.

Hal-hazırda qadın yenə müalicə alır.