Misirdə təxminən 1700 nəfər koronavirusa yoluxub

06:40 10-04-2020 880

Misirdə koronavirusa yoluxanların sayı 1699 nəfərə çatıb, ötən gün ərzində isə 15 nəfər xəstəlik səbəbindən həyatını itirib.

“RİA Novosti” xəbər verir ki, bunu ölkənin Səhiyyə nazirliyinin nümayəndəsi Xaled Muqahed bildirib.

“Həmçinin, ötən gün 139 nəfər koronavirusa yoluxub, 348 nəfər isə sağalaraq evə buraxılıb”, - deyə X.Muqahed əlavə edib.