Çində gizlənqaç oynayan uşaqları xilasedicilər qurtarmalı oldu – VİDEO

07:00 10-04-2020 951

Çinin Çjeçyan əyalətində gizlənqaç oynayan üç uşaq təhlükə ilə üzləşib.

“People`s Daily” xəbər verir ki, gizlənmək istəyən uşaqlar iki divar arasında sıxılıb qalıblar.

Hadisə yerinə gələn xilasedicilər uşaqları düşdükləri tələdən çıxartmaq üçün divarın bir hissəsini dağıtmalı olublar.

Nəticədə uşaqlar xilas edilib.