Koronavirus bu ölkəyə də çatdı

12:00 10-04-2020 394

Yəməndə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Yəmənin COVID-19-la mübarizə üzrə milli komitəsi məlumat yayıb.

Bildirilib ki, infeksiyaya ilk yoluxma halı Yəmənin şərqində yerləşən Həzrəmövt bölgəsində aşkarlanıb. Xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, Tacikistan, Türkmənistan və Şimali Koreya rəsmiləri ölkələrində koronavirusa yoluxma halının qeydə alınmadığını bildirib.

Afrika qitəsində yerləşən ölkələrdən isə Konqo Respublikası və Lesoto Krallığında COVID-19-a yoluxma yoxdur.

Ada ölkələrindən Kiribati, Vanuatu, Komor adaları, Marşall Adaları Respublikası, Mikroneziya, Nauru Respublikası, Palau, Solomon adaları pandemiyanın qeydə alınmadığı ərazilər sırasındadır.