Deputatdan təklif: “Özəl tikinti şirkətlərinin fəaliyyətini canlandırmaq lazımdır”

13:40 10-04-2020 388

“Tikinti sektorunun inkişafı üçün özəl tikinti şirkətlərinin fəaliyyətini canlandırmaq lazımdır. Yəni, mənzil və istehsalat müəssisələri üçün bina tikintisinə icazə alma şərtləri xeyli sadələşdirilməli, sahibkarlardan qanunsuz tələblərə son qoyulmalı, onların ucuz kreditlərə çıxışı təmin olunmalıdır”.

HerGun.Az-ın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib.

Onun sözlərinə görə, tikinti sektorunun canlanması iqtisadiyyatın bir çox sahələrinin inkişafına ciddi töhfə verəcək.

Deputat bildirib ki, Bakıda Alatava, “Papanin”, “Xutor” və s. bu kimi adi standartlara cavab verməyən yaşayış məskənləri, köhnə beşmərtəbəli binalar sökülməli, yerlərində müasir yaşayış kompleksləri tikilməlidir.

Aqşin Kərimov