ABŞ-da koronavirusdan ölənlər kütləvi şəkildə dəfn edilir - VİDEO

15:20 10-04-2020 426

Nyu-Yorkda koronavirusdan ölənlərin kütləvi dəfni həyata keçirilir.

Riafan.ru xəbər verir ki, COVID-19-dan vəfat edənlər Nyu-Yorkun Hart adasında basdırılır. Dəfn prosesini xüsusi geyimdə olan məhbuslar həyata keçirir.

Son rəqəmlərə əsasən, ABŞ-da 468 895 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 16 697 insan virusun qurbanı olub.