“Liverpul”un əfsanəvi oyunçusu koronavirusa yoluxub

03:40 11-04-2020 387

İngiltərənin “Liverpul” futbol klubunun sabiq oyunçusu və keçmiş baş məşqçisi Kenni Dalqliş koronavirusa yoluxub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hazırda əfsanəvi oyunçu xəstənaya yerləşdirilib. Ailəsi tərəfindən verilən məlumata əsasən, onun səhhəti kritik deyil.

Bildirilir ki, o, xəstəxanaya aprelin 8-də çatdırılıb.