Məşhur basketbolçunun anası koronavirusdan vəfat etdi

02:20 14-04-2020 435

ABŞ-ın Milli basketbol assosiyasiyasının məşhur basketbolçusu Karl-Entoni Taunsun anası koronavirus səbəbindən vəfat edib.

“Gazeta.ru” xəbər verir ki, “Minnesota Timbervulvs” klubunun təmsilçisi bu xəbərdən sarsılıb.

Məlumata əsasən, Jaklin Tauns infeksiyanın yol açdığı tənəffüs problemlərindən dünyasını dəyişib.