Rüştünün koronavirusa qalib gələndən sonra ilk görüntüləri – VİDEO

13:20 15-04-2020 487

Futbol üzrə Türkiyə milli komandasının sabiq qapıçısı, koronavirusa qalib gələn Rüştü Reçber həyat yoldaşı Işıl Reçberlə doğum gününü qeyd edib.

“HaberGlobal” xəbər verir ki, sabiq futbolçunun həyat yoldaşı “Instagram” səhifəsində Rüştünün videosunu paylaşıb.

“Səninlə hər şey daha gözəldir. Arzularımız çin oldu. Yeni yaşın ürəyincə olsun, əziz həyat yoldaşım”, - Işıl Reçber videoya yazdığı bu şərhlə sabiq futbolçunu təbrik edib.