Piyadanın ölümünə səbəb olan sürücü hadisə yerindən qaçıb – VİDEO

06:00 17-04-2020 621

Bu gecə Kürdəmirdə daha bir piyada vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, qəza Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü km-də Atakişili kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini 31 yaşlı Taleh Mahmudov yolu keçmək istəyərkən həmin yol ilə hərəkətdə olan naməlum avtomobil onu vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Meyid aidiyyatı üzrə təhvil verilib.

Hadisəni törədərək, ərazidən qaçan sürücünün tapılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Avtoqəzanın dəqiq səbəbləri araşdırılır.