Sabiq prezidenti “Barselona”ya qayıtmağı planlaşdırır

07:20 18-04-2020 507

“Barselona”nın sabiq prezidenti Joan Laporta yenidən kluba rəhbərlik etmək istəyir.

Bu barədə “Goal” yazır.

O hesab edir ki, komandaya düşdüyü maliyyə çətinliklərini dəf etməyə, həmçinin klubun daxili münaqişələrini həll etməyə kömək edəcək. Laporta 2021-ci ildə prezident seçkilərində namizədliyini təqdim edəcəyini artıq təsdiqləyib.

“Vəziyyət məni narahat edir. Güvəndiyim insanları bir yerə yığıram. Çünki biz iqtisadi vəziyyəti necə dəyişəcəyimiz barədə düşünməliyik”, - deyə sabiq prezident bildirib.

Xatırladaq ki, Laporta 2003-2010-cu illər arasında “Barselona”nın prezidenti olub.