Məşhur modelə ərinin keçmiş arvadından mesaj gəldi - FOTO

11:40 18-04-2020 478

Türkiyəli məşhur model və aparıcı Ebru Şallıya səkkiz yaşlı oğlunun ölməsi ilə əlaqədar, əri Uğur Akkuşun keçmiş arvadı Qonça Derindən mesaj gəlib.

Bu barədə “HaberGlobal” məlumat yayıb. 

Qeyd edək ki, Uğur Akkuşdan qalmaqallı şəkildə ayrılan Q.Derin başsağlığı mesajını sosial mediadan paylaşıb.

“Ağrını ən dərindən hiss edirəm. Səbirlər diləyirəm”, - deyə o bildirib.

E.Şallı və U.Akkuş ötən ilin avqust ayında evlənmişdi. Səkkiz yaşlı Pars modelin keçmiş əri Harun Tandan olan övladı idi.