Azərbaycanlı aktrisanın karantindəki seksual idman məşqi - VİDEO

01:00 19-04-2020 573

Seksual səhnə obrazı ilə seçilən açıqsözlü teleaparıcı və aktrisa Könül Yusifqızı sosial şəbəkədəki paylaşımı ilə gündəmə gəlib.

HerGun.Az xəbər verir ki, bir çox məşhurlar kimi karantin günlərini evdə keçirən K.Yusifqızı formada qalmaq üçün idman edir. 

Yerə uzanıb “körpü” və baş-ayaq hərəkətlərini ustalıqla yerinə yetirən aktrisa üstəlik, boks əlcəklərini taxaraq “qruşa” əvəzinə böyük oyuncaq ayıya zərbələr endirib.

Həmin anları lentə alıb “Facebook” hesabında yayımlayan Könül paylaşımına belə bir şərh verib: “Darıxanlar qoy baxıb su versin gözünə. Harada olsam da, özümə məşğuliyyət tapıram. Dərdə bax, bu qədər idmançı dostun olsun, amma sən “qruşa” əvəzinə oyuncaq ayı yumruqlayasan”.

Qeyd edək ki, teleaparıcı və aktrisa Könül Yusifqızı bu il baş tutan növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyini irəli sürsə də, daha sonra bu istəyindən vaz keçib.

Rəşad Əliyev