PSJ Neymarı əldən verməyəcək – Yeni beşillik müqavilə gözlənilir

08:20 19-04-2020 476

Fransanın “Pari Sen-Jermen” futbol klubu (PSJ) braziliyalı hücumçu Neymara ildə 38 milyon avro məbləğində maaş verməklə, yeni beşillik müqavilə təklif edəcək.

TASS bildirir ki, bu barədə “La Gazzetta dello Sport”un jurnalisti Nikolo Skira özünün “Twitter” hesabında yazıb.

Mənbənin məlumatına görə, İspaniyanın “Barselona” klubu braziliyalının qayıtmasında maraqlıdır. Lakin cümə günü “Catalunya Radio” stansiyası bildirdi ki, Neymar koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı ilə əlaqədar “Barselona”ya yay transfer pəncərəsində keçməyəcək.