Afət Fərmanqızının karantin gündəliyi: Mətbəxdə ət çəkdi, otağın tozunu təmizlədi - FOTO

18:40 19-04-2020 443

Dahi şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə mahnı qoşub oxuyan müğənni Afət Fərmanqızı dəbdəbəli evinin görüntülərini paylaşıb.

HerGun.Az xəbər verir ki, oxuduğu mahnılarla “YouTube”da daim trend olmağı bacaran sənətçi karantin günlərində evdarlıq işləri ilə məşğul olur.

Klassik üslubda dizayn olunmuş lüks mənzilinin ağ müasir mebel ilə təchiz olmuş mətbəxində Afət ət maşınında ət çəkib. Sonra isə böyük işıqlı klassik üslubda təmir olunan qonaq otağında tozsoranla təmizlik işləri görüb.

Məşhur xanım həmin anları telefonun yaddaşına köçürərək “İnstagram” hesabında paylaşıb. Sosial media əhli Fərmanqızının bahalı evini müzakirə predmetinə çeviriblər.

Qeyd edək ki, müğənni Afət Fərmanqızı son günlər imkansız ailələrə öz vəsaiti gücünə yardımlar edir.

Rəşad Əliyev