Ronaldunun sevgilisi də məşhur türk filmi haqqında yazdı - FOTO

00:00 20-04-2020 405

Neymardan sonra Kriştianu Ronaldunun sevgilisi Corcina Rodrigez də türk filminin izləyicisinə çevrilib. 
 

Model xanım "İnstagram" hesabının hekayə bölümündə "Yeddinci koğuşdakı mucize" ("Yeddinci kameradakı möcüzə") türk filmindən foto paylaşaraq belə bir şərh yazıb:

"Çox gözəl filmdir. Bəs siz izləmisiz, ya yox?" 

Qeyd edək ki, bu yaxınlarda məşhur futbolçu Neymar da eyni filmi izləyərək "İnstagram" hesabında təəssüratlarını bölüşmüşdü. 

Xatırladaq ki, ötən il kinoteatrlarda təqdim edilmiş filmin rejissoru Mehmet Ada Öztəkin, baş rol ifaçısı Aras Bulut İğnemlidir.