Yasda iştirak etmək adı ilə karantin rejimini pozan 169 nəfər cərimələndi - FOTO/VİDEO

22:20 20-04-2020 595

Yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi ilə qanunsuz yerə “8103” qısa nömrəsi vasitəsi ilə icazələr alaraq, epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

18-20 aprel tarixləri arasında paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək, karantin qaydalarını pozan 169 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür sui-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və onların hər biri 100 manat məbləğində cərimə edilib.