Neftin qiymətin tarix ərzində ən böyük eniş yaşayır

22:40 20-04-2020 485

WTI markalı neftin fyuçerslərinin qiyməti 94,66% düşərək bir barel üçün bir dollar olub.

London ICE birjasının ticarət məlumatları bunu göstərir.

WTI markalı Amerika neftinin qiyməti tələbatın daha da azalması və neft anbarlarının erkən doldurulma qorxusu fonunda birja ticarət tarixində ən güclü eniş yaşayıb.

Bazar iştirakçıları OPEC+ razılaşmasına baxmayaraq, bazardakı təklifin tələbi xeyli üstələyəcəyindən qorxurlar. Bu, Beynəlxalq Enerji Agentliyi və OPEC-in ötən həftə qısamüddətli tədarük və tələb proqnozlarını yeniləməsindən sonra məlum oldu.

Ekspertlərin fikrincə, qiymətlərin bugünkü enişi emosional xaratker də daşıya bilər. Gələcək aylarda qiymətlərin bərpası gözlənilir. 

Hazırda isə neft qiymətləri enməkdə davam edir.