Kürdəmir sakini həmkəndlisini bıçaqladı

00:40 21-04-2020 520

Kürdəmirdə bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Kənd sakini, 1978-ci il təvəllüdlü Novruzov Sadiq Söhrab oğlu aralarında yaranan mübahisə zəminində qonşusu tərəfindən bıçaq xəsarəti alıb. O, ətrafdakıların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər yaralıya sol qolun cırılmış və deşilmiş yarası diaqnozu qoyublar.

Fakt araşdırılır.