Ülviranın Aygün Kazımova ilə oxşarlığı izləyiciləri çaş-baş saldı - FOTO

11:40 21-04-2020 531

Məşhur teleaparıcı Ülvira Qarayeva sosial media hesabında paylaşımı ilə adından söz etdirib.

HerGun.Az xəbər verir ki, daha öncə keçirdiyi plastik əməliyyatlar Ülviranın görünüşünü tamam dəyişib.

Teleaparıcı burnunda “rinoplastika”, göz ətrafı və üstündə “bleforoplastika” və buxaq nahiyəsində plastik və estetik əməliyyatlar keçirib. Ü.Qarayevanın “Instagram” hesabında yaydığı foto sosial media əhli tərəfindən birmənalı qarşılanmayıb.

Onlar teleaparıcının keçirdiyi plastik və estetik əməliyyatlar nəticəsində Xalq artisti Aygün Kazımovaya bənzədiyini yazıblar.

Qeyd edək ki, Ü.Qarayevanı və A.Kazımovanı eyni həkim əməliyyat edib.

Rəşad Əliyev