“Brent” markalı neftin qiyməti 20 dollardan aşağı endi

13:40 21-04-2020 611

Dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti 26 fevral 2002-ci ildən sonra ilk dəfə 20 dollardan aşağı enib.

Bu barədə HerGun.Az birja məlumatlarına istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 13:30-da “Brent” markalı neftin bir barelinin qiyməti 19,10 dollar təşkil edib.