İngiltərədə parıldayan və iz buraxan UNO lentə alındı – FOTO

07:00 22-04-2020 503

İngiltərənin Kembricşir şəhərinin sakini Cerri Andervud rəfiqəsi Melani ilə zaman keçirərkən qeyri-adi hadisənin şahidi olub.

“Daily Star” xəbər verir ki, səmada əvvəl qırmızı, sonra isə narıncı rəng saçan naməlum obyekt peyda olub.

Cerri yavaş-yavaş spiral şəklində aşağı hərəkət edən naməlum obyekti lentə almağa nail olub.

Sonda UNO aşağı düşərək ağacların arxasında yox olub.