Azərbaycanlı idmançı: “İyunun 20-də çempionluq kəməri uğrunda döyüşüm var”

17:00 22-04-2020 412

“İyunun 20-də Moldovanın paytaxtı Kişinyovda çempionluq kəməri uğrunda döyüşüm var”.

Bunu HerGun.Az-a açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Mehman Məmmədov deyib.

O bildirib ki, hazırda həmin döyüşə hazırlaşır:

“Ölkədə karantin rejimi elan edildiyindən bütün döyüş zalları bağlıdır. Ancaq sağ olsunlar ki, bizə güzəşt edilərək hoteldə fiziki məşq etməyimizə imkan yaradılıb. Karantin elan ediləndən buradayıq. 

Əslində, fevralda kəmər uğrunda döyüşməli idim. Lakin finlandiyalı rəqibim Mikael Silander zədəli olduğu üçün adi döyüş keçirdim”.

Qeyd edək ki, Mehman Məmmədov fevralın 15-də “Eagles” turnirində əfqanıstanlı Nurəddin Həzrətlə qarşılaşıb və döyüşün bitməsinə 3 dəqiqə 11 saniyə qalmış rəqib zədələndiyini bəhanə edərək, yarışmaqdan imtina edib. Hakim döyüşü baş tutmamış hesab etsə də, sonradan qələbə idmançımıza verilib.

Səbuhi Musayev