Azərbaycan Ordusunun minaatan batareyaları döyüş atışları icra edir - VİDEO

15:00 23-04-2020 664

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələr şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə atəş açmaqla qarşıya qoyulan tapşırıqları icra edir.