Madonnadan 35 yaş kiçik sevgilisinə etiraf: “Səndən daha yaxşı karantin yoldaşı tapmaq çətindir” - FOTO

09:40 25-04-2020 596

61 yaşlı dünya şöhrətli müğənni Madonna sosial media hesabında gənc sevgilisi, rəqqas Axlamalik Uilyamsı doğum günü münasibətilə təbrik edib.

HerGun.Az xəbər verir ki, illərə meydan oxuyan sənətçi 26 yaşını qeyd edən Axlamaliklə birgə çəkilmiş fotolarını paylaşıb.

Fərqli vaxtlarda çəkilən şəkillər cütlüyün münasibətlərinin ciddi olduğuna işarə edir.

“Ad günün mübarək, sevgilim. Səndən daha yaxşı karantin yoldaşı tapmaq çətindir”, - deyə müğənni şəkillərə şərh yazıb.

Qeyd edək ki, Madonna ilə Uilyamsın sevgili olmaları barədə şayiələr ötən payız, pop ulduzun Nyu-Yorkdakı turundan sonra yayılıb.

“Madame X Tour” proqramı ilə turlarını koronavirus səbəbindən dayandırmaq məcburiyyətində qalan Madonnanın şousunda Axlamalik də iştirak edib. Cütlük 2015-ci ildə tanış olub.

Rəşad Əliyev