İrina Şeyk bacısı ilə arxiv şəklini paylaşdı - FOTO

08:40 26-04-2020 528

Rusiyalı supermodel İrina Şeyk böyük bacısı Tatyana ilə birlikdə çəkdirdiyi arxiv şəklini “Instagram” hesabında paylaşıb.

Fotoda gənc xanımlar zolaqlı çimərlik çətiri ilə poz veriblər. Böyük bacı bej rəngdə don, kiçik isə mavi rəngdə top və cins şalvardadır. Şeyk şəklin şərh hissəsində bacısını doğum günü münasibətilə təbrik edib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

S dnem rozhdeniya Tysik!❤️ @tatianapetenkova

Публикация от irinashayk (@irinashayk)

Foto bir saat ərzində 100 mindən artıq bəyənmə sayı toplayıb. Şərhlərdə isə pərəstişkarları qızlara heyranlıqlarını bildiriblər.

“İrina həmişə gözəl olub”, “Gözəlsiniz! Haradasa, Qara dəniz tərəfdə”, “Əla şəkildir”, “Necə də gənc, təbiidirlər!”- deyə izləyiciləri ürək sözlərini yazıblar.