Nazənin qarın nahiyyəsində əzələ qaçmasına görə əməliyyat olundu

17:00 26-04-2020 500

Xəbər verdiyimiz kimi müğənni Nazənin Salayeva ötən gün xəstəxanaların birində cərrahi əməliyyat keçirib.

HerGun.Az-ın əməkdaşı sənətçinin hazırkı sağlamlıq vəziyyətini öyrənmək üçün yaxın rəfiqəsi və həmkarı Afət Fərmanqızı ilə əlaqə saxlayıb. Afət Nazəninin əməliyyatının yaxşı keçdiyini və reaniyamasiyaya köçürüldüyünü bildirib:

“Əməliyyat altı saat keçdi. Nazənin hazırda reanimasiyadadır. O, həkimlərin nəzarəti altında müalicəsini davam etdirir. Nazənin özünü yaxşı hiss edir. Qarın nahiyyəsində əzələ qaçması Nazənini narahat etdiyi üçün o rekonstruktiv əməliyyat keçirdi. Bu əməliyyat peşəkar cərrah tərəfindən icra edilib”.

Rəşad Əliyev