Sumqayıtda 37 yaşlı şəxsi beş bıçaq zərbəsi ilə xəstəxanalıq etdilər

23:40 26-04-2020 557

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Ramil adlı şəxs (soyadı dəqiqləşdirilir-red) naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Ona beşdən çox bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.