Ronaldo püşkatmadan sonra qabları yumalı oldu – VİDEO

09:00 27-04-2020 478

Braziliya yığmasının sabiq futbolçusu Ronaldo Nazario da Lima karantin zamanı evində Çempionlar liqasının himninin sədaları altında maraqlı püşkatma keçirib.

“Sports.ru” xəbər verir ki, “Barselona”, “İnter”, “Real” və “Milan” kimi klublarınsabiq oyunçusu iki səbətə üzərində ailə üzvlərinin adının və müxtəlif ev işlərinin yazıldığı meyvələr qoyub.

Püşkatma nəticəsində Ronaldo mətbəxdə qab-qacağı yumalı olub.