Günay Musayevanın keçmiş əri: “Koronavirusdan ölən 12 insanın meyitini daşıdım” - FOTO

13:20 27-04-2020 431

Azərbaycanlı model Günay Musayevanın keçmiş əri, aktyor Tolqa Karel koronavirus səbəbi ilə ailəsindən bir aydır uzaq düşdüyünü açıqlayıb.

HerGun.Az xəbər verir ki, aktyor bu barədə “Kanal D”də yayımlanan “2. Sayfa” gündəlik maqazin proqramına müsahibə verərkən deyib.

Aktyorluğun daşını atıb, 2017-ci ildə ABŞ-a köçərək, orada “TIR” sürücüsü kimi çalışan Karel Sarah Skott adlı xanımla ailə qurub. Karel ABŞ-da koronavirusun sürətlə yayıldığı ərəfədə üzləşdiyi çətinliklərdən bəhs edib:

“Ötən ay böyrəklərimdə problem yarandığından həkimə getməli oldum. Rentgen üçün 3500 dollar pul istədilər. Dedim, rengten çəkin, böyrəyim də sizdə qalsın, əvəz-əvəz olaq. Ölsəm də, o pulu vermərəm”.

Tolqa koronavirusdan ailəsini qorumaq üçün bir aydır ki, “TIR”da yaşadığını bildirib: 

“Nə qədər diqqətli olsaq da, küçədə çox oluruq. Virusa yoluxa bilərəm. Burada insanlar işlərini itirirlər, çox çətin vəziyyətdədirlər. Həyat yoldaşımı da işdən çıxarıblar. Nyu-Yorkda mənə qısa məsafəyə aparmaq üçün yükün olduğunu söylədilər. Yükə baxanda orada 12 cəsəd görüb şoka düşdüm. Koronavirusdan ölən 12 insanın meyitini “TIR”la daşıdım”.

Qeyd edək ki, Türkiyədə model kimi çalışan G.Musayeva ilə Tolqa Karel 2011-ci ildə evlənib, bir neçə ildən sonra isə qalmaqallı şəkildə boşanıblar. Onların bu nikahdan Cahangir adlı bir oğlu var.

Rəşad Əliyev