Manaf Ağayev oğlunu evləndirir - VİDEO

13:40 27-04-2020 546

Müğənni Manaf Ağayev ikinci oğlu Müşviqi evləndirir.

HerGun.Az xəbər verir ki, bu barədə sənətçi ARB TV-də yayımlanan “Hüseynova bacıları” axşam şousunda qonaq olarkən bildirib:

“Artıq nişan olub. Toya da hazırlaşmışdıq, amma karantinə görə qaldı. Oğlum yarını özü seçib, mən də razılıq verdim. Böyük oğlum ayrı yaşayır. Müşfiqin də öz evi var. O da bizdən ayrı qalacaq”.

Qeyd edək ki, M.Ağayevin iki oğul, bir qız övladı var. Sənətçi böyük oğlu Elçini iki il öncə evləndirib. Bu toy mərasimi mediaya qapalı şəkildə keçib.

Rəşad Əliyev