Xalq artisti: “Kişi kimi başıma papaq qoydum, qadınlığım yadımdan çıxdı” - VİDEO

17:40 28-04-2020 522

“Ömrümü-günümü sənətə həsr etdim. Kişi kimi başıma papaq qoydum, qadınlığım yadımdan çıxdı”.

HerGun.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər Xəzər TV-də yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.

Sənətçi verilişdə şou aləmində bənzərsiz və illərdir dəyişilməyən səhnə obrazından söhbət açıb:

“O vaxt bəlkə də populyarlıq üçün lazım idi. Yeni bir imic idi. Sonra bu imic həyat tərzimə çevrildi. Hətta saçım uzun olan vaxtlarda deyirdilər ki, sənə belə yaraşmır: “Biz səni kişi kimi görmüşük, kişi kimi də görmək istəyirik”. Mən də bu xalqa xanımlığımı qurban etdim, kişi kimi oldum”.

Şounun aparıcısı Zaur Kamalın “Evdə kişi kimi hərəkət edirsiniz?” sualına Xalq artisti belə cavab verib:

“Uşaqlıqda kişi işləri görməyi çox sevirdim. İndi isə yox. Tavandakı çilçırağı düzəldəndə başım hərlənir. Artıq o işləri edə bilmirəm. Amma bu sənəti “kişi kimi” qorumağı özümə borc bildim. Ailəm bu sənətdə olmağımı istəməsə də, müğənni oldum. Deyirdilər ki, qadın toylarına get, dumbulunu çal, bəsindir. Cavab olaraq deyirdim ki, mən müğənni olmaq istəyirəm. Oldum da...”

Rəşad Əliyev