İngiltərə yığmasının sabiq futbolçusu vəfat etdi

03:00 30-04-2020 428

Futbol üzrə İngiltərə yığmasının və “Lids Yunayted” klubunun sabiq müdafiəçisi Trevor Çerri 72 yaşında vəfat edib.

“The Guardian” xəbər verir ki, “Lids” klubu veteranın ölümü ilə bağlı münasibətini bildirib.

“Klubumuz bu xəbərdən sarsılıb. Onun vəfatı bizim üçün gözlənilməz oldu”, - deyə “Lids Yunayted” bəyanat yayıb.

Xatırladaq ki, aprelin 17-i Çerrinin klub yoldaşı Norman Hanter koronavirusla mübarizədə məğlub olmuşdu.

T.Çerri “Lids” klubunda 399 oyun keçirib və 24 qol verib.

1976-1980-ci illərdə futbolçu İngiltərə yığması sıralarında 27 görüş keçirib.