PSJ klubu Fransa çempionu elan edildi

15:40 30-04-2020 413

Fransa Futbol Federasiyası Liqa-1-də PSJ klubunu çempion elan edib.

Bu barədə “L'Equipe” məlumat yayıb.

Federasiyanın qərarına əsasən, pandemiya səbəbindən çempionatın dayandırıldığı mərhələdəki turnir cədvəli olduğu kimi saxlanılıb və yekun cədvəl olaraq qəbul edilib.

Qeyd edək ki, PSJ koronavirus pandemiyası ilə əlaqədar çempionat təxirə salınmazdan əvvəl ehtiyatda bir oyunu qalmaqla cədvəldə ikinci olan “Marsel”dən 12 xal öndə olub.

Bu, PSJ-nin sayca doqquzuncu çempionluğudur və həmin göstəriciyə görə Paris təmsilçisi “Marsel”ə çatıb.