“Brent” markalı neftin qiyməti yüksəldi

06:20 01-05-2020 517

“Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 4,15% yüksələrək bir barrelə görə 27,58 ABŞ dolları təşkil edib.

“TASS” xəbər verir ki, bunu Londonun “ICE” birjasında saat 04:15-də baş tutan hərracların nəticələri göstərir.

Qeyd edək ki, saat 04:21-də həmin neft artıq 27,26 ABŞ dollarına satılırdı.

Bu göstərici isə bağlanan ötən sessiya ilə müqayisədə 2,61% yuxarıdır.