Röya açıq-saçıq fotosu ilə yandırıb-yaxdı - FOTO

21:40 01-05-2020 498

Xalq artisti Röya sosial mediada paylaşımları ilə heyrətləndirməyi davam edir.

HerGun.Az xəbər verir ki, sənətçi şou-biznesin sükütunu açıq-saçıq və qlamur fotosu ilə pozub.

Ağlı-qaralı fotoda stulda oturaraq ayaqlarını önə aşıran Röya qara rəngli “top” və qısa “şortu” ilə kamera önünə keçib.

Xalq artisti seksual “look”unu uzun, parlaq, dəri çəkmələri ilə tamamlayıb. Bu çəkmələrin müəllifi gürcü dizayner Datuna Sulikaşvilidir.

Diqqət çəkən məqam isə çəkmənin bir dünya şöhrətli ulduz Leydi Qaqa, bir də Xalq artisti Röya Ayxanda olmasıdır. Qısa sarı saçlarını uzadaraq qaraya boyayan Röya onları çiyinlərini atıb.

Pop ulduzun bənzərsiz və nəfis imici üzərində dünya şöhrətli vizajist və stilist Anar Ağakişiyev çalışıb. Röya ecazkar görünüşü ilə Hollivud ulduzlarına meydan oxuyub.

Müğənni iki milyonluq “Instagram” hesabında paylaşdığı şəklə “Bir üzü ağarıb guya” şərhini yazıb.

Rəşad Əliyev