Məşhur cütlüyün dünyaya gələcək övladlarının cinsi bəlli oldu

07:20 02-05-2020 446

Bir neçə gün öncə Fələstin əsilli məşhur 25 yaşlı amerikalı model Cici Hadid və sevgilisi – 27 yaşlı britaniyalı müğənni, model və bəstəkar Zeyn Malikin uşaq gözləməkləri ilə bağlı məlumat yayılmışdı.

TMZ onlayn-nəşri ulduz cütlüyün yaxınlarına istinadən bildirir ki, onların qızı olacaq. KİV-lərin verdiyi məlumata əsasən, supermodel həmiləliyin 20-ci həftəsindədir, bu dövrdə isə gələcək uşağın cinsini müəyyən etmək olur.

Xatırladaq ki, Cici və Zeyn artıq beş ildir ki görüşürlər.