İbrahim Tatlısəs 300 imkansız ailəyə yardım etdi - FOTO

10:40 02-05-2020 442

On bir ayın sultanı Ramazanın gəlişi ilə türk musiqisinin “imperatoru” sayılan müğənni İbrahim Tatlısəs yardım kampaniyasına başlayıb.

HerGun.Az xəbər verir ki, sənətçi 300 imkansız ailəyə ərzaq yardımı edib.

Tatlısəs yardım bağlamalarını qəbul edən şəxslərə sosial media hesabı vasitəsilə səslənərək, təşəkkürünü bildirib:

“Ramazan ayı başlayan kimi 300 ailəyə kömək etdik. Allah qismət edərsə, Ramazan ayının sonunda daha 300 ailəyə yardım edəcəyəm. İrandan olan Şerifa xanımla birlikdə hazırladığımız bu bağlamaları qəbul edib, geri qaytarmadığınıza görə sizə təşəkkürümü bildirirəm”.

Rəşad Əliyev