Devid Bekhemin heykəlinə maska taxdılar - FOTO

11:00 02-05-2020 379

ABŞ-ın “Los Angeles Galaxy” futbol klubunun rəhbərliyi COVID-19 pandemiyası ilə mübarizəyə diqqət çəkmək üçün maraqlı aksiya keçirib.

“Gazeta” xəbər verir ki, rəhbərlik bir vaxtlar klubun formasını geyən məşhur ingiltərəli yarımmüdafiəçi Devid Bekhemin Los-Anceles şəhərində ucaldılmış abidəsinə maska taxıblar.

“Əla, David Bekhem”, - klubun “Instagram” səhifəsində yerləşdirilən fotoya şərhdə belə yazılıb.

Maskanın üzərində “Los Angeles Galaxy” klubunun loqosunun təsviri var.

Qeyd olunur ki, aksiya insanların COVID-19 pandemiyası zamanı təhlükəsizlik tədbirlərindən istifadə etmələrini təşviq etmək üçün düşünülüb.